Geri
1.1. İnformatika və İnformasiya
İnformatika – informasiyanın xassələrini, əldə
olunması, saxlanılması, ötürülməsi və emal üsullarını öyrənən elmdir.
-
“İnformatika” termini ilk dəfə 1957-ci ildə alman alimi Karl Ştaynbux
tərəfindən işlədilmişdir.
-
1962-ci ildə Filipp Dreyfus “Informatique” sözünü fransız dilinə daxil
etmiş, sonra “Informatics” şəklində ingilis dilinə çevrilmişdir.
-
Söz “informasiya + avtomatika” birləşməsindən yaranıb, “informasiya
ilə avtomatik iş” deməkdir.
-
İngilisdilli ölkələrdə əsasən Computer Science işlədilir.
Hər bir elmdə əsas anlayışlar olur (riyaziyyatda – çoxluq, fizika –
zaman, kimya – maddə və s.). İnformatikanın əsas anlayışı
informasiyadır.
İnformasiya
İnformasiya – insan üçün yeni faktlar daşıyan məlumatdır.
- Latınca “informatio” – məlumat, izah.
-
UNESCO-ya görə: informasiya bilik daşıyıcısı, ünsiyyət və əməkdaşlıq
vasitəsidir.
-
“İnformasiya”, “verilənlər” və “bilik” terminləri yaxın məna daşıyır.
Əsas anlayışlar
Verilənlər – informasiyanın kodlaşdırılmış formasıdır
(yazı, şəkil, səs və s.). Kompüter onları emal edə bilər, amma mənasını
anlamır.
İnformasiya – yalnız insan tərəfindən dərk edilən
verilənlərdir.
Bilik – emal olunmuş və sistemləşdirilmiş
informasiyadır.
İnformasiyanın növləri (duyğu orqanlarına görə)
- Görmə (vizual) – gözlə alınır (80-90%).
- Səs (audial) – qulaqla qəbul olunur.
- Dad – dil vasitəsilə.
- Qoxu – burun vasitəsilə.
- Taktil (toxunma) – dəri vasitəsilə.
Nümunə sual
İnsan hansı obyektdən səs informasiyası ala bilməz?
- A) Avtomobil
- B) Kompüter
- C) Xanalı vərəq
- D) Yağış
- E) Şəlalə
Cavab: C (çünki xanalı vərəq səs çıxarmır).