Geri

1.4. İnformasiya Prosesləri

İnformasiya prosesləri dedikdə, informasiya üzərində yerinə yetirilən hərəkətlər başa düşülür:

1. İnformasiyanın Toplanması (Axtarılması)

Lazım olan məlumatın müxtəlif mənbələrdən (internet, kitab, insan) əldə edilməsi mərhələsidir. Məsələn: Google-da dərs axtarmaq.

2. İnformasiyanın Saxlanılması

İnformasiyanın gələcəkdə istifadə üçün daşıyıcılara yazılmasıdır. Daşıyıcılar: beyin, kağız, disk, fleşkart, bulud (Cloud) yaddaşı.

3. İnformasiyanın Ötürülməsi

Məlumatın mənbədən qəbulediciyə rabitə kanalları vasitəsilə göndərilməsidir.
Mənbə -> Kanal -> Qəbuledici

4. İnformasiyanın Emalı

Mövcud informasiyadan yeni informasiyanın alınması və ya formasının dəyişdirilməsidir. Məsələn: Misal həll etmək (hesablama), mətni bir dildən başqa dilə tərcümə etmək.

Mövzu üzrə testlər

Sual 1: Şagirdin müəllimin danışığını dəftərə qeyd etməsi hansı prosesdir?

Cavab: B (Çünki dəftər bir daşıyıcıdır və məlumat oraya qeyd olunur).

Sual 2: İngilis dilində olan mətnin Azərbaycan dilinə çevrilməsi hansı informasiya prosesidir?

Cavab: C (Məzmun dəyişməsə də, forması dəyişir və yeni bir mətn yaranır).

Sual 3: Telefonla dostuna zəng edib hadisəni danışmaq hansı prosesdir?

Cavab: A