Ədədi hədəf sistemin əsasına (məsələn 2-yə) bölmək və qalıqları sondan əvvələ düzmək lazımdır.
Ədədin üzərinə sağdan sola 0, 1, 2... yazıb qüvvətə yüksəltmə üsulundan istifadə olunur:
$$1101_2 = 1 \cdot 2^3 + 1 \cdot 2^2 + 0 \cdot 2^1 + 1 \cdot 2^0 = 8 + 4 + 0 + 1 = 13_{10}$$
Sual 1: $25_{10}$ ədədini ikilik say sisteminə çevirin.
Həlli: 25-i 2-yə bölə-bölə gedirik: 25/2=12 (q1), 12/2=6 (q0), 6/2=3 (q0), 3/2=1 (q1).
Cavab: $11001_2$